Kulinariya

Mətbəx sirləri: Bananlı pudinq

24 May 2015 07:00
0 Şərh     Baxış: 3 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bananlı pudinqin hazırlanma qaydasını təqdim edir

Tərkibi (4 pay): 

4 banan
0,5 st. mannı yarması
1 st. süd
2 yumurta

Yumurta və südü çəngəllə, yaxud blenderdə çalın.  

Mannı yarmasını əlavə edib yenidən çalın. 

Bananı təmizləyib fal-fal doğrayın. Formanın içinə düzün. 

Südlü-yumurtalı qarışığı üzərinə tökün. 

Buxar sobasında 40 dəqiqə bişirin.  

Bişdikdən sonra çıxarıb azca soyudun. Bu zaman pudinqin kənarında yaranan maye yenidən pudinqə hopacaq. 

Bundan sonra pudinqi doğrayın. 

Şəkər tozu əlavə edilməməsinə rəğmən pudinq şirin alınır. 

Nuş olsun! 

Resept:  vk.com/vkusnenki

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.