Kulinariya

Mətbəx sirləri: «Sakura budağı» salatı - FOTO

23 May 2015 07:00
5 Şərh     Baxış: 4 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Sakura budağı" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 
 

500 q toyuq filesi
1 banka (340) doğranmış ananas konservi 
1 banka qarğıdalı
4 yumurta
1 baş soğan
50 q pendir
mayonez 
2 diş sarımsaq  (zövqə görə)

çuğundur şirəsi (bəzək üçün)

Toyuq əti və yumurtaları suda bişirib soyudun. 

Öncə bəzəyi hazırlayın. Yumurta ağlarından "çiçək ləçəkləri" kəsin.

Qalanlarını doğrayın. 

Toyuq ətini didin, yaxud kubik doğrayın. 

Soğanı doğrayın, üzərinə qaynar su töküb bir neçə dəqiqə saxlayın, süzün. 

Ananas və qarğıdalının suyunu süzün. 

Toyuq əti, yumurta, soğan, ananas və qarğıdalını qarışdırıb mayonez vurun. Zövqə görə əzilmiş sarımsaq əlavə edin.

Salat qabına yığın. Üzərinə pendiri sürtgəcin xırda gözündən keçirin. 

Yumurta ağından kəsdiyiniz "ləçəkləri" çiçək formasında yanaşı düzün, budaqları isə marinə edilmiş xiyardan düzəldə bilərsiniz. Fırçanı çuğundur şirəsinə batıraraq "ləçəkləri" boyayın. 

Nuş olsun! 

Resept: vk.com/vtarelke

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.