Kulinariya

Mətbəx sirləri: Göyərtili plov və toyuq çığırtması

19 May 2015 07:00
1 Şərh     Baxış: 7 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kəpəz televiziyasına (Region TV) istinadən Qəbələ bölgəsinin unikal xörəklərini təqdim edir

Göyərtili plov

Tərkibi:

2 toyuq 

500 q soğan 

100 q alça 

500 q yağ 

3 kq düyü 

10 dəstə kəvər 

10 dəstə şüyüd

qazmaq:

yumurta

qatıq

bişmiş düyü

Əvvəlcə toyuqları duzlu suda bir az bişirib kənara qoyun ki, soyusun. Sonra düyünü isladın. Soğanı xırda-xırda doğrayın, duzlayıb acı suyunu çıxarın, göyərtini də eyni qaydada doğrayıb bir az duz vurub suyunu çıxarın. Sonra soğanla göyərtini qarışdırıb kənara qoyun.

Adi qaydada düyünü qaynadıb süzün.

Plovu dəmləyəcəyiniz qazana yağ əlavə edib, qızdırıb üzərinə kənarda çalınmış yumurta, qatıq və düyünü əlavə edin. Qazmaq bir az bərkiyəndən sonra qazanı ocaqdan alıb bişirdiyiniz toyuğu, üzərinə isə hazır göyərti-soğan qarışığını, alçanı yayın. Daha sonra qazanın ölçüsünə görə içliyin üzərinə islanmış tənzif salıb, düyünü əlavə edin. Düyünün üzərinə yağ əlavə edilmir. Ağzını örtüb 1 saat vam odda dəmə qoyun. Yağ plov süfrəyə verilərkən üzərinə əlavə edilir.

Toyuq çığırtması

Tərkibi:

1 toyuq 

10 yumurta 

200 q yağ

Bu çığırtma üçün əvvəlcə toyuğu suda tam bişirin. Sonra doğrayıb kərə yağında hər iki tərəfini qızardın. Kənarda yumurtanı çalıb qızarmış toyuğun üzərinə tökün, ağzını örtüb vam odda yumurta bişənə kimi saxlayın.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.