Kulinariya

Mətbəx sirləri: Vermişelli zapekanka - FOTO

16 May 2015 07:00
0 Şərh     Baxış: 4 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Aliyənin kulinariya kitabı"na istinadən ətli-vermişelli zapekankanın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 
 

2 fincan vermişel
300-500 q bişmiş ət
1 yumurta
1 soğan
50-100 ml süd, yaxud bulyon 
duz
1 x.q. bitki yağı
(18x25x5 sm, yaxud 25 sm diametrli yumru forma)

Vermişeli duzlu suda bişirin. Suyunu süzün. Üstündən su axıtmadan qoxusuz bitki yağı qatıb qarışdırın ki, vermişellər yapışmasın (kərə yağı da olar). 

Bişmiş əti ətçəkənin xırda gözündən keçirin (toyuq əti də olar). 

Soğanı xırda doğrayıb bitki yağında qovurun. 

Əti əlavə edib qarışdırın. 

Bunu vermişel olan qaba tökün. 

Ayrı qabda yumurtanı süd, yaxud bulyonla çalın. Duz vurun.

Vermişellə ətin üzərinə tökün. 

Qarışdırın. Lazım gələrsə, duz vurun. 

Formanı yağlayın, narın suxarı da səpə bilərsiniz. Vermişellə əti döşəyib hamarlayın. Üzərinə xama, yağ, yaxud yumurta çəkə bilərsiniz. 

160-180 dərəcə qızdırılmış sobada üzəri qızarıncayadək bişirin (təxminən 45 dəqiqə). 

Nuş olsun! 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.