Kulinariya

Mətbəx sirləri: Pendirli xəmirdə almalı kökələr - FOTO

14 May 2015 07:00
0 Şərh     Baxış: 2 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az pendirli xəmirlə alma kökələrinin hazırlanma qaydasını təqdim edir

Tərkibi
(14 ədəd):

xəmir:


110-120 q pendir (klassik və ya holland)
150 q kərə yağı və ya marqarin
1/4 ç.q. duz
260 q un
5 x.q. buz kimi su

iç:

400 q alma
1-2 x.q. limon şirəsi
1 çimdik muskat cevizi
30 q vanilli şəkər
1/2 ç.q. darçın
2-3 x.q. süd (üzərinə çəkməyə)
üzərinə səpməyə azca şəkər tozu

Unu duzla birlikdə ələyib qarışdırın.

Pendiri sürtgəcin xırda gözündən keçirin.

фото

Soyuq yağı kubik doğrayın.

Pendirlə yağı unla qarışdırıb əlinizlə ovun.

фото

Umaca (ovuntuğa) buz kimi suyu əlavə edib xəmir yoğurun. Kündələyib üzərinə qida plyonkası çəkin, soyuducuda 1 saat saxlayın.

фото

Almanı təmizləyib xırda kubik doğrayın. Üzərinə limon şirəsi gəzdirib vanilli şəkər tozu (şirin xoşlayırsınızsa, adi şəkər də əlavə edə bilərsiniz) səpin, muskat cevizi və darçın qatıb qarışdırın.

Xəmiri 3-4 mm qalınlıqda yayın. 8-10 sm diametrli dairələr kəsin. Ortasına iç qoyub kənarlarını qatlayın (aypara kimi).

фото

Perqament döşənmiş siniyə düzün, üzərinə süd çəkin, şəkər tozu səpin.

фото

200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

фото

Nuş olsun!

Resept: vk.com/vtarelke


Milli.Az 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.