Kulinariya

Mətbəx sirləri: Koreya üsulu pomidor

11 May 2015 07:00
0 Şərh     Baxış: 4 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Koreya üsulu pomidor salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 


2 kq pomidor
4 bolqar bibəri
2 diş sarımsaq
2 qırmızı acı istiot
göyərti

sous: 

100 q sirkə
100 ml bitki yağı
100 q şəkər tozu
2 x.q. duz

Pomidoru iri doğrayın (ortadan ikiyə, yaxud dördə bölün)

Bibər, sarımsaq və qırmızı acı istiotu ət maşınından keçirin, qarışdırın. 

Göyərtini doğrayın.

3-litrlik balona lay-lay düzün: pomidor + tərəvəz qarışığı + göyərti. 

Sousun ərzağını qarışdırıb üstünə tokün.

Balonun ağzını bağlayıb tərsinə çevirərək soyuducuya qoyun. 8 saat sonra çevirib düz qoyun. Salat hazırdır.

Nuş olsun! 

Resept: vk.com/academy_main


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.