Kulinariya

Mətbəx sirləri: Şokoladlı krembo tortu

10 May 2015 07:00
1 Şərh     Baxış: 5 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az şokoladlı krembo tortunun hazırlanma qaydasını təqdim edir.

Krembo - İsraildə populyar olan şirniyyatdır, biskvitin üzərinə merengidən "papaq" qoyulur, şokoladlı qlazur çəkilir.

Tərkibi: 

korj: 

0,5 st. kakao (70 q)
1 st. su (240 ml)
250 q şəkər tozu
200 q kərə yağı
8 yumurtanın sarısı
190 q un
1 paket qabartma tozu (10 q)

merengi: 

8 yumurtanın ağı
350 q şəkər tozu
1 qutu instant vanilli pudinq (80 q)

qlazur: 

75 q tünd şokolad
1/3 st. kakao (50 q)
1/4 st. şəkər tozu (50 q)
1/3 st. su (80 ml)
100 q soyuq kərə yağı

Forma 32x32 sm


Korj: 

Sobanı 160 dərəcə qızdırın. Tavada su, kakao, şəkər tozu, kərə yağını qarışdırıb eynicinsli kütlə alınanadək bişirin.

Azca soyudun, yumurta sarıları, un və qabartma tozu qatıb qarışdırın.

Formaya perqament döşəyin. Xəmiri töküb hamarlayın, 30 dəqiqə bişirin.

Bişib-bişmədiyini çöplə yoxlayın.

Korju şəbəkənin üzərində soyudun.

Merengi: 

Yumurta ağlarını şəkər tozu və instant pudinqlə parlaq, axıcı olmayan kütlə alınıncayadək çalın.

3 sm diametri olan ucluğu konditer torbasına birləşdirin, içini merengi ilə doldurun.

Sobanı 140 dərəcə qızdırın.

Korju 2, yaxud 3 yerə bölün. Perqament döşənmiş siniyə qoyun. Korjun üzərinə 4 yanaşı zolaq merengi çəkin. Üzərinə 3, bunun üzərinə daha 2 merengi zolağı çəkin.

20 dəqiqə bişirin. Merenginin üstü quru olmalıdır. Otaq temperaturunadək soyudun.

Qlazur: 

Şokolad, kakao, su, şəkər tozu, kərə yağını tavada qarışdırıb eynicinsli kütlə alınanadək bişirin.

Azacıq soyudandan sonra merenginin üstünə gəzdirin.

Soyuducuda bir neçə saat saxlayın.

фото
фото
фото

Nuş olsun! 

Resept: vk.com/academy_main

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.