Kulinariya

Mətbəx sirləri: Küftə-bozbaş

3 May 2015 07:00
7 Şərh     Baxış: 8 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən küftə-bozbaşın hazırlanma qaydasını təqdim edir:

Tərkibi: 

1,5 kq ət
4 soğan
100 q düyü
200 q kərə yağı
1 yumurta
1 st. noxud
4 kartof
1 x.q. tomat
sarıkök
duz, istiot


Gecədən isladılmış noxudu yarıbişmiş olanadək bişirin. Parça ətləri qazana yığıb, üzərinə 1 litr su töküb tam bişənə kimi qaynadın. Həmin müddətdə küftələri hazırlayın. Bunun üçün əti çəkib üzərinə xırdalanmış soğan, düyü, yumurta, duz və istiot vurub yaxşı-yaxşı qarışdırın. Parça ətlər bişdikdən sonra qiyməni 5-6 yerə bölüb, küftələr hazırlayın.

Əllərinizlə küftələri ovuc boyda yaxşıca girdələyin. Düzəltdiyiniz küftələri bir-bir qazana salın. Vam odda bişirin. Bir az qaynadıqdan sonra üzərinə yığılan kəfi yığın, bulyon şəffaf olmalıdır. Küftəni qazana saldıqdan təxminən 20 dəqiqə sonra yarıbişmiş noxudu və soyulmuş kartofu da əlavə edin. Daha 30 dəqiqədən sonra kartofun bişməsini yoxlayın, əgər bişibsə, onda tomat pastasını üzərinə əlavə edib 15 dəqiqə də bişirin. Küftə-bozbaş hazırdır, üzərinə zövqə görə istənilən göyərtidən səpmək olar.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.