Kulinariya

Mətbəx sirləri: Göyərti və zirə ilə ev pendiri

6 May 2015 07:00
0 Şərh     Baxış: 4 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az ev şəraitində göyərti və zirə ilə pendirin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 l qatıq
1 l süd
6 yumurta
4 ç.q. duz (və ya zövqə görə)
1/3 ç.q. üyüdülmüş qırmızı  istiot
1 çimdik zirə
1 diş sarımsaq
1 dəstə müxtəlif göyərtilərin qarışığı (şüyüd, keşniş, göy soğan)

Yumurtaları duzla azca çalın. Göyərtini doğrayın. Sarımsağı əzin.

Qazana qatıqla südü töküb ocağın üstünə qoyun. Qaynara düşməmiş çaldığınız yumurtanı nazik axınla (qarışdıraraq) əlavə edin. Qarışdıra-qarışdıra qaynara düşməsini gözləyin, sonra ocağı azaldın və yenə də qarışdıraraq daha bir neçə dəqiqə, ayranı ayrılınca bişirməyə davam edin.

Ocaqdan götürün, 1-2 dəqiqə soyudun, sonra göyərti, qırmızı istiot, sarımsaq və zirəni əlavə edin. 
Aşsüzənə cunanı ikiqat döşəyin. Kütləni içinə süzün. Qaşıqla hamarlayın.
 Cunanı bağlayın, ayranı axıb getsin. Sonra cunanı açın, pendir topasının üstünə cüna çəkin, üstünə boşqab qoyun, boşqabın üstünə isə yük qoyun (məsələn, ağzıbağlı bankada su).

Soyuducuda 1 neçə saat saxlayın. Məsələn, axşam hazırlamısınızsa, sabahı gün səhər yeməyində istifadə edə bilərsiniz.

Qara çörək və pomidorla əla dadı olur.

Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.