Kulinariya

Mətbəx sirləri: Xardallı-ballı toyuq kababı

30 Aprel 2015 07:00
0 Şərh     Baxış: 4 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xardallı-ballı toyuq kababının hazırlanma qaydasını təqdim edir

Tərkibi:


4 toyuğun döş əti
1 x.q. soya sousu
3 x.q. dənəvər xardal
2 x.q. bal
1 ç.q. üyüdülmüş zəncəfil
1 x.q. qırmızı üzüm sirkəsi
küncüt toxumu
bitki yağı

Toyuq filesini uzununa şəridlər formasında doğrayın.

Soya sousu, xardal, bal, zəncəfil və sirkəni qarışdırın. Toyuq ətini bu sousun içinə düzün. Üzərinə qida plyonkası çəkib soyuducuda 1 saat saxlayın.

Uzun çöp şişləri suda saxlayın (bişəndə yanmaması üçün). Toyuq ətini şişlərə çəkin. Üzərinə küncüt səpin.

Tavaya bitki yağı töküb qızdırın.

Şişləri içinə düzüb hərtərəfli toyuq ətini qızardın.

Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.