Kulinariya

Mətbəx sirləri: Qat-qat peraşkilər - FOTO

17 Aprel 2015 07:00
4 Şərh     Baxış: 9 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az "Aliyənin kulinariya kitabı"na istinadən qat-qat peraşkilərin hazırlanma qaydasını təqdim edir

Tərkibi:
 
xəmir:

3-3,5 st. (550-600 q) un
1 st. süd
11 q quru maya
200 q kərə yağı
1 x.q. şəkər tozu
0,5 ç.q. duz

(stəkan - 250 ml)

iç:

1) kartof püresi + qovrulmuş soğan + bişmiş qiymə
2) bişmiş yumurta + göy soğan
3) istənilən digər iç (şirin də ola bilər, kəsmikli də, ancaq qatı olsun)

Qazançada yağı əridin, süd qatıb qarışdırın. Azca soyudun.

İsti (qaynar olmayan) bu qarışığa maya, şəkər tozu və duz qatıb qarışdırın, 5 dəqiqə saxlayın.

Unu ələyib az-az əlavə edin, qaşıqla qarışdırın. Yumşaq xəmir halına gələndə masanın üzərinə un səpin, xəmiri ətləyin. Gəlməsini gözləmək lazım deyil.
 
Xəmiri 6 kündəyə bölün.

фото

Hər birini dördbucaqlı formada yayın (təxminən 50x30 sm). Qalınlığı təxminən 3 mm olsun.

Uzun tərəfinə iç qoyub rulet kimi bükün, sonunu bitişdirin.

фото
фото
фото
фото

Əlinizi una batırın, sonra əlinizin kənarı ilə ruleti bölün (irəli-geri hərəkət etdirməklə).

фото

Bu prosesdə peraşkilərin kənarı öz-özünə bitişəcək. Qəşəng olsun deyə əlinizlə forma verə bilərsiniz.

фото

Perqament döşənmiş siniyə düzün. Peraşkilərin üzərinə başqa nəsə çəkməyə ehtiyac yoxdur.

фото

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, üstü qızarınca bişirin.

фото

Çox qızartmasanız, yupyumşaq, bir az çox qızartsanız, xırt-xırt olacaq.

фото

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.