Kulinariya

Mətbəx sirləri: "Pavlova" tortu - FOTO

15 Aprel 2015 07:00
0 Şərh     Baxış: 9 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az "Pavlova" beze tortunun hazırlanma qaydasını təqdim edir
 
Bu tort dünyaca məşhur balerina Anna Pavlovanın şərəfinə belə adlanır. Zərif beze, qaymaqlı krem, turşməzə giləmeyvələrdən hazırlanan tort ən tündməcaz qurmanı da razı salar. Üstəlik, hazırlanması çətin deyil.
 
Tərkibi:

4 yumurtanın ağı
1 st. + 0.5 st. şəkər tozu (korj və sous üçün)
1 ç.q. üzüm sirkəsi (ağ)
3 ç.q. + 1-2 ç.q.nişasta (korj və sous üçün)
200-250 q giləmeyvə (dondurulmuş)
300 ml 30%-li qaymaq
3 ç.q. şəkər pudrası
vanil
250 q qarağat

Yumurta ağlarına ağ üzüm sirkəsi (adi də olar) qatıb çalın.

Ağarmağa başlayanda tədricən şəkər tozu əlavə edib bərkiməyə başlayanadək çalın.

Nişastanı ələyərək qatın.

фото

Taxta qaşığın köməyilə ehtiyatla qarışdırın.

фото

Perqamentin üzərinə dairə çəkin (tortun böyüklüyü qədər). Hazırladığınız kütləni bu dairənin içinə yayın, kənarlarını qaldırın (bunu şprislə də edə bilərsiniz, qaşıqla da).

Beze korjunu 100 dərəcə qızdırılmış sobada 1-1,5 saat müddətində bişirin.

фото

Düzgün bişmiş beze korjunun üstü nazik qazmaq kimi, içi isə bir az yumşaq olmalıdır. Sobada soyudun.

Qaymağı şəkər pudrası və vanillə çalın.

фото

Sous: Dondurulmuş giləmeyvələri qazana yığın, zəif ocağın üstünə qoyun, şəkər tozu, qatı olmasını istəyirsinizsə, nişasta əlavə edin. Bişirib soyudun. Sonra blenderdən keçirin. Qarağatı yuyub qurudun.

фото

Beze korjunun üzərinə şpris və ya qaşıqla çalınmış qaymaqlı kremi çəkin. Kənarına isə giləmeyvə sousunu gəzdirin (bütün tortun üzərinə də çəkə bilərsiniz, zövqə görədir).


фото

Qarağat və rozmarin (nanə) yarpaqları ilə bəzəyin, şəkər pudrası səpin.

Bu tortu soyuducuda saxlamağa gərək yoxdur.

Əgər qonağınız gələcəksə və onlara belə bir tort hazırlamaq niyyətiniz varsa, beze korjunu əvvəlcədən bişirin, kremi və sousu hazırlayın, tortu isə süfrəyə vermədən öncə yığın.

фото
фото
фото

Nuş olsun!

Resept: vk.com/vtarelke

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.