Kulinariya

Mətbəx sirləri: Şokoladlı çiçək

26 Mart 2015 07:00
0 Şərh     Baxış: 4 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az gözəl görünüşlü şokoladlı piroqun hazıranma qaydasını təqdim edir

Tərkibi:

2,5 st. un
0,5 ç. q. maya
1 fincan su
1 ç.q. duz
1 x.q. şəkər tozu
şokoladlı pasta
qarğıdalı unu
1 yumurta

Mayanı 1/4 fincan suda əridin, 10 dəqiqə saxlayın. Un, duz, su, şəkər tozu və mayanı mikserlə çalın.

Alınan xəmiri yağlanmış ləyənə qoyub üzərinə qida plyonkası çəkin. 1 saat saxlayın. Həcmi iki dəfə artacaq.

Xəmiri iki yerə bölüb yayın, dairə kəsin.

Formanın içinə qarğıdalı unu səpin. Birinci dairəni buraya qoyun, üzərinə şokoladlı pasta çəkin. İkinci dairəni üzərinə qoyun. Şəkildə gördüyünüz qaydada kəsib kənarlarını burun.

фото

Piroqun üzərinə yumurta sarısı çəkin. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sonra temperaturu 200 dərəcəyə qaldırın, daha 5-7 dəqiqə bişirin.

Nuş olsun!

Resept: vk.com/cookinder


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.