Kulinariya

Mətbəx sirləri: Mantı - FOTO

1 Mart 2015 07:00
5 Şərh     Baxış: 6 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən mantının hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

1 kq mal əti
1,5 kq soğan
300-400 q quyruq
1 kq un
su
reyhan - istəyə görə 
duz, istiot

Öncə unu ləyənə ələyin. Ortasında çuxur açın, ilıq su əlavə edib ehtiyatla yoğurmağa başlayın. Lazım olduqca su əlavə edin. Yumşaq, ələyapışmayan xəmir alınır. Yoğrulmuş xəmiri büküb otaq temperaturunda 1 saat saxlayın.

Bu müddət ərzində içliyi hazırlayın. Bunun üçün əti və soğanı çox xırda doğrayıb, üzərinə duz və ədviyyat əlavə edib yaxşıca qarışdırın.

Sonra xəmirdən xırda kündələr tutub oxlovla 10 sm diametrdə, 1-2 mm qalınlığında yayın. İstəyənlər bir az böyük ölçüdə kündə tutub, yuxa yayıb xəmiri bıçaqla kvadrat formasında da kəsə bilərlər. Yayılan xəmirləri üstüörtülü saxlamaq lazımdır ki, qurumasın. Mantını bükmək üçün ət farşını xəmirin mərkəzinə qoyub xəmirləri ətə yaxın hissədən bir-birinə yapışdırın (xəmir əti yumru formada əhatəyə almalıdır), sonra xəmirin boşluqda qalan uc hissəsinin bir tərəfini qarşısındakı uca, digərini isə digər uca birləşdirmək lazımdır. 

Mantıları bükdüyünüz müddətdə qazanda 1-2 litrə yaxın (qazanın ölçüsündən asılı olaraq) su qaynadıb, xüsusi mantı formalarını yağlayıb mantıları çox yaxın olmamaq şərti ilə içinə düzüb qaynamağa qoyun.

Bükdüyünüz mantıları zövqə görə qaynayan duzlu suya töküb düşbərə kimi də bişirmək olar. Təxminən 30 dəqiqə bişirdikdən sonra yastı boşqablara çəkib süfrəyə təqdim edə bilərsiniz. Yanında sous kimi qatıq, sarımsaqlı qatıq və ya pomidor çığırtması da vermək olar.

Nuş olsun!

Milli.Az

Mantının bükülmə qaydası:


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.