Kulinariya

Mətbəx sirləri: "Rafaello" kremi

24 Fevral 2015 07:00
0 Şərh     Baxış: 4 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az "Rafaello" kreminin hazırlanma qaydasını təqdim edir

Zərif və çox dadlı kokoslu kremi həm tort biskvitlərinin arasına, həm pirojnaların üstünə çəkə, həm də blinçiklərlə yeyə bilərsiniz.

Tərkibi: 

200 q kərə yağı
1 banka qatılaşdırılmış süd
200 q bəyaz şokolad
75 q kokos yonqarı

Şokoladı və kərə yağını doğrayıb qazançaya tökün, su hamamında qarışdıraraq əridin.

Ayrı bir qabda qatılaşdırılmış südlə kokos yonqarını qarışdırın, şokoladlı-yağlı qarışığı nazik axınla əlavə edərək mikserlə çalın.

Əgər peçenyenin üstünə qoyacaqsınızsa, o zaman xüsusi konteynerlərə doldurun, soyuducuda 4 saat saxlayın. Əgər tort üçün istifadə edəcəksinizsə, 30 dəqiqə soyudun, sonra korjların üzərinə çəkin.

Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.