Kulinariya

Mətbəx sirləri: Qış şorbası

29 Yanvar 2015 07:00
0 Şərh     Baxış: 5 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az nefisyemektarifleri.com-a istinadən qış şorbasının hazırlanma qaydasını təqdim edir

Tərkibi
(6-8 pay):

1 yerkökü
1 kiçik qabaq
1 dəstə ispanaq
1 ovuc düyü

xəmir:


0,5 st. bulqur
su
qara istiot
pul bibər
2 x.q. un
0,5 yumurta

sous:

kərə yağı
bibər (tomat) pastası
sarımsaq
nanə
limon şirəsi

Öncə küftələrin xəmirini hazırlayın. Bunun üçün bulquru isti suda isladın, 5 dəqiqə sonra ədviyyat vurun, qarışdırın, yumurta, az-az un əlavə edərək yoğurun.
Xırda küftələr tutun. Un səpilmiş siniyə yığın.

Yerkökünü xırda doğrayıb kərə və zeytun yağının qarışığında qovurun. İsti su tökün. Küftələri qazana əlavə edin. 5 dəqiqə bişdikdən sonra xırda doğranmış qabağı əlavə edin. 5 dəqiqə bişdikdən sonra doğranmış ispanağı əlavə edib daha 2 dəqiqə bişirin.

Sous:

2-3 dolu qaşıq kərə yağını əridin, bibər (tomat) pastası, nanə, 4-5 diş əzilmiş sarımsaq əlavə edib qarışdırın, şorbaya əlavə edin. Zövqə görə limon şirəsi əlavə edə bilərsiniz.
 
Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.