Kulinariya

Mətbəx sirləri: Kremli "qoç" bulkaları - FOTO

21 Dekabr 2014 07:00
1 Şərh     Baxış: 4 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az povar.ru-ya istinadən qoç formasında kremli bulkaların hazırlanma qaydasını təqdim edir

Bu bulkaları hazırlamaq üçün bir qədər səbr gərək olacaq - xırda detallar çoxdur. Krem əvəzinə yumşaq iris və "Korovka" konfetlərini xırdalayaraq istifadə etmək olar. Göstərilən ərzaqdan 4-5 ədəd "qoç" alınır. Bəyənsəniz, miqdarı bərabər qaydada artırmaqla daha çox bişirə bilərsiniz.
 
Tərkibi (4-5 ədəd):

xəmir:

150 q un
20 q şəkər tozu
110 ml süd
10 q kərə yağı
1 çimdik duz
2-3 q quru maya

krem:

1 yumurta
125 ml süd
25 q un
40 q şəkər tozu
5 q kərə yağı
vanil
şokolad və ya kişmiş ("göz" əvəzi)

Əvvəlcə kremi hazırlayın.

Odadavamlı qabda 25 q unla 40 q şəkər tozunu qarışdırın, 125 ml süd əlavə edib qarışdırın. 1 dəqiqə mikrodalğalı sobada saxlayın. Götürüb qarışdırın, yenə bir dəqiqə sobada saxlayın.
Çıxarıb qarışdırın, yumurta əlavə edin, qarışdırandan sonra yenidən 30 saniyəlik mikrodalğalı sobaya qoyun. Vanil əlavə edib qarışdırın, istəsəniz, bir qaşıq qatılaşdırılmış süd, azacıq kərə yağı da əlavə edə bilərsiniz. Kremi soyudun.



Xəmir:

Ləyəndə 150 q unu maya ilə qarışdırın. Otaq temperaturunda olan 110 ml süd, duz, 20 q şəkər tozu əlavə edib qarışdırın. 20 q kərə yağı əlavə edib əlinizlə yoğurun. Lazım gələrsə, un əlavə edin, xəmir ələ yapışmamalıdır.

Xəmiri isti yerə qoyun, həcmi iki dəfə artmalıdır. Sonra 5 kündə tutub 10 dəqiqə saxlayın.

Hər bir kündəni yayın. 1/3-ni şəkildə gördüyünüz kimi kəsin.



İri hissənin üzərinə 1 qaşıq krem qoyub kənarlarını yaxşıca bitişdirin.



Ayırdığınz xırda hissədən baş və ayaqlar düzəldin. Bu hissəni ortadan bölün. Bu hissələrdən birini də 3 yerə bölün. Böyük hissədən baş düzəldin, kiçiklərdən - borucuqlar. İki boru gödək olsun, biri isə uzun və nazik.



Nazik borucuğu buynuz kimi bükün, qalınları isə uzununa iki yerə bölün (4 ayaq). Bütün hissələri şəkildə göstərilən qaydada birləşdirin.



Baş hissəyə göz əvəzi şokolad parçası və ya kişmiş basın. Baş hissəsini bir şeylə örtün, qalanına ələkdən un səpin.



Perqament döşəinmiş kağızın üzərinə düzün, 170 dərəcə qızdırılmış sobada 13 dəqiqə bişirin.

Əgər göstərilən vaxtdan əvvəl rəngi qızararsa, üzərinə folqa çəkin.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.