Kulinariya

Mətbəx sirləri: "Yolka oyuncaqları" salatı

20 Dekabr 2014 07:00
1 Şərh     Baxış: 6 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az teleorakul.ru-ya istinadən "Yolka oyuncaqları" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

450 q kartof
5 yumurta
250 q bolqar bibəri
1 xiyar
mayonez
şüyüd

Kartofu yaxşı yuyub qabığını soyun. Suya duz töküb qaynadın. Kartofları bütöv bişirin. Hazır olandan sonra çıxarıb boşqaba düzün, soyusun.

Yumurtaları suda bişirin, qabığını soyun.

Qırmızı bolqar bibərini yuyub təmizləyin, kubik doğrayın.

Şüyüdü xırda doğrayın, bolqa bibəri ilə qarışdırın.

Kartof və yumurtanı sürtgəcin iri gözündən keçirin, mayonezlə qarışdırın. Alınan kütlədən kürələr düzəldin, şüyüd-bibər qarışığına batırın, təzə xiyar dilimlərilə bəzəyin.

Vaxtınız çoxdursa, salatı iri şar formasında düzəldib aşağıdakı qaydada bəzəyə bilərsiniz (bunun üçün qara zeytun, bişmiş yerkökü, rəngli bolqar bibərləri, göy soğan, nar gərək olacaq): 



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.