Kulinariya

Mətbəx sirləri: Dondurma içli tart

24 Noyabr 2014 07:00
1 Şərh     Baxış: 3 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az ev dondurması dadı verən tartın hazırlanma qaydasını təqdim edir

Bu reseptdə iç krem deyil, məhz dondurma kimi olmalıdır, ona görə onu bir gün əvvəldən hazırlamaq məsləhətdir.

Tərkibi:

xəmir:


100 q kərə yağı
180 q un
4 x.q. kakao tozu
130 q şəkər tozu

krem-dondurma:
 
1 st. yağlı qaymaq
1 st. qatılaşdırılmış süd
4 x.q. qəhvə likörü
1 ç.q. vanil ekstraktı

qanaş:

150 q tünd şokolad
150 ml yağlı qaymaq
1/2 st. qovrulmuş fındıq

Krem-dondurma üçün yağlı qaymağı möhkəm çalın. Qatılaşdırılmış süd, qəhvə likörü və vanil cövhəri əlavə edin. Eynicinsli kütlə alınanadək çalın. Likör əvəzinə eyni miqdarda qəhvə istifadə edə bilərsiniz.

Bu kremi ağzıbağlı qaba qoyub bir gecə (ən azı 8-10 saat) dondurucuda saxlayın.

Sabahı gün tartın əsasını hazırlayın: unu ələyin, kakao tozu, şəkər tozu, xırda doğranmış kərə yağı əlavə edib əlinizlə qarışdırın, ovuntuq halına salın.

Sobanı 180 dərəcə qızdırın. Formanı yağlayın. Xəmiri formaya döşəyin, kənarlarını qaldırın. Üzərinə perqament kağızı çəkib ağırlıq (adətən, quru lobya tökürlər) qoyun. 8-10 dəqiqə bişirin.

Tartın əsası soyuyanadək qanaşı hazırlayın. Qaymağı qaynara düşənədək qızdırın və şokolad əlavə edin. Ocağı söndürün, qazançadakını isə eynicinsli kütlə alınanadək qarışdırın.

Qanaşın yarısını tartın əsasının üzərinə çəkin, divarlarını da unutmayın. 20 dəqiqə sonra, şokolad donanda, dondurmanı qoyun. Dərhal üzərinə qida plyonkası çəkib dondurucuda 1 saat saxlayın. Bu qədər vaxt keçdikdən sonra üzərinə qanaşın qalanını çəkin, soyuducuda daha 30 dəqiqə saxlayın.

Süfrəyə verərkən üzərinə qovrulmuş fındıq səpin.

Nuş olsun!

Resept: vk.com/cookinder


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.