Kulinariya

Mətbəx sirləri: Toyuq ruleti

21 Noyabr 2014 07:00
0 Şərh     Baxış: 7 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az fal-fal bişmiş toyuq ruletinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

500 q hazır qat-qat mayasız xəmir
2 toyuq döşü
küncüt
duz
qara istiot
bitki yağı (üzərinə çəkməyə)

Xəmiri yayın.

Toyuq ətini yaxşıca döyün. Duz, istiot vurun.

Toyuq ətini xəmirin üzərinə düzün. Sıx rulet bükün. 1,5 sm qalınlıqda dilimlərə bölün.



Formanın içinə perqament kağızı qoyun, bol-bol yağ çəkin.

Dilimlərin bir tərəfini küncütə batırıb kağızın üstünə düzün.

180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. (Bişirən zaman sobanın alt gözünə su ilə dolu dəmir qab qoyun ki, rulet qurumasın). 

Nuş olsun!

Resept: vk.com/vk__cook

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.