Kulinariya

Mətbəx sirləri: Pendir səbətində salat - FOTO

27 Oktyabr 2014 07:00
10 Şərh     Baxış: 4 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az pendir səbətində "İşıqfor" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 banka qırmızı lobya konservi
1 banka qarğıdalı konservi
2 qutu suxarı
1 ədəd marinə edilmiş xiyar
100 q göy soğan
50 q şüyüd
xama
duz
qara istiot
250 q bərk pendir
1 x.q. kartof nişastası

Lobya və qarğıdalının suyunu süzün. Suxarı, yaxşı olar ki, qara çörəkdən və hisə verilmiş dadla olsun.

Bir qabda lobya, qarğıdalı, xırda doğranmış göyərti, kubik doğranmış xiyarı qarışdırın.

Duz, istiot, xama, yaxud mayonez əlavə edib qarışdırın.

Suxarını salatı süfrəyə verərkən əlavə edin, əks halda yumşalacaq və salatın özünəməxsusluğu itəcək.
 
Pendiri sürtgəcdən keçirin, nişasta ilə qarışdırın, qızdırılmış tavanın içinə dairə formasında səpin. Pendir əriyən kimi ocaqdan götürün. 

Ona səbət forması vermək üçün pendir isti halda olarkən dərin kasaya, yaxud tərs çevrilmiş stəkanın üzərinə sərin, soyumasını gözləyin.

Süfrəyə verərkən salata suxarı əlavə edin, pendir səbətinin içinə yığın.

Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.