Kulinariya

Mətbəx sirləri: "Qırmızı məxmər" peçenyesi - FOTO

25 Oktyabr 2014 07:00
0 Şərh     Baxış: 2 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az gözəl görünüşlü, ətirli "qırmızı məxmər" peçenyesinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

3 st. un
0,3 st. kakao tozu
2,25 (2 1/4) ç.q. qabartma tozu
0,25 (1/4) ç.q. soda
0,5 ç.q. duz
1,3 st. şəkər tozu
180 q kərə yağı
3 yumurta
1-2 x.q. süd
1 ç.q. vanil cövhəri
30 ml qırmızı qida boyası
0,5 st. bəyaz damla şokolad
0,5 st. südlü damla şokolad
2 st. şəkər pudrası
 
Sobanı 180 dərəcə qızdırın. Sininin içinə perqament döşəyin.

Böyük ləyəndə un, kakao, qabartma tozu, soda və duzu qarışdırın.
Yağı xırda kubik doğrayın, şəkər tozu ilə birlikdə blenderdə təxminən 3 dəqiqə çalın. Sonra çalmağı dayandırmadan bir-bir yumurtaları əlavə edin. Süd, vanil cövhəri, rəng əlavə edib yenə çalın.

Un qarışığını əlavə edib qarışdırın. Damla şokoladları da əlavə edib qarışdırın.
 
Bir kasaya şəkər pudrası tökün. Qaşıqla xəmirdən götürüb şəkər pudrasının içinə salın, hər tərəfini una batırın.

Pudralanmış kürələri siniyə bir-birindən 7-8 sm aralı düzün. 11-13 dəqiqə bişirin, amma çalışın, üzəri qəhvəyi rəng almasın. Sinidən çıxarmazdan əvvəl tam soyudun.

"Qırmızı məxmər" peçenyelərini hermetik qabda 4 gün saxlamaq olar.

Nuş olsun!

Resept: vk.com/academy_main


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.