Kulinariya

Mətbəx sirləri: "Tənbəl" piroqu - FOTO

24 Oktyabr 2014 07:00
2 Şərh     Baxış: 10 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az lavaş və qiymədən asan piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

2 nazik lavaş
500 q qiymə (kartof və ya göbələklə əvəz etmək olar)
baş soğan
göyərti
duz
istiot

üzərinə:

3 yumurta
5 x.q. mayonez
2 x.q. ketçup

Qiyməyə doğranmış baş soğan, göyərti, duz, istiot əlavə edib qarışdırın.

Qiymənin yarısını bir, yarısını digər lavaşın üzərinə çəkin. İkisini də rulet kimi bükün. Tavanı yağlayın. Ruletləri spiral formasında içinə qoyun.

Yumurtaları çalın, mayonez, ketçup əlavə edib qarışdırın, piroqun üzərinə gəzdirin.

180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Nuş olsun!

Resept: vk.com/vk_cook

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.