Kulinariya

Mətbəx sirləri: Panforte

23 Oktyabr 2014 07:00
1 Şərh     Baxış: 3 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az panfortenin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

125 q fındıq
125 q badam
100 q ərik qurusu
100 q əncir qurusu
100 q qəhvəyi şəkər tozu
60 q un
40 q kakao
2 ç.q. limon sedrası
2 ç.q. darçın
1/2 ç.q. zəncəfil tozu
200 q bal
40 q şəkər pudrası

Formanın içinə perqament döşəyin, kərə yağı ilə yağlayın.

Fındığı tavada qovurun, dəsmalın arasına qoyub ovuşdurun, qabığı təmizlənəcək.

Fındığı, badamı iri, quru meyvələri xırda doğrayın, qarışdırın. Xırda doğranmış limon sedrası əlavə edin. Unu ədviyyat və kakao ilə qarışdırıb quru meyvə qarışığına əlavə edin.

Tavada balı şəkər tozu ilə qarışdırın, vam odda şəkər tozu əriyənədək qızdırın. Qaynara düşəndə götürün, quru qarışığun üzərinə tökərək qarışdırın. Bu zaman cəld tərpənmək lazımdır, çünki kütlə tez qatılaşır.

İçinə perqament döşənib yağlanmış formanın içinə tökün. Qaşıqla hamarlayın. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Hazır piroqu formada soyudun, üzərinə şəkər pudrası səpin.

Nuş olsun!

Resept: vk.com/vk_cook

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.