Kulinariya

Mətbəx sirləri: Kəsmikli "torf" piroqu

20 Oktyabr 2014 07:00
1 Şərh     Baxış: 7 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az çox yumşaq şokoladlı piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

400 q un
250 q yağ
500 q kəsmik
4 x.q. kakao
4 yumurta
350 q şəkər tozu
vanil
3 x.q. nişasta
100 q xama

Kərə yağını yumşaldın, 150 q şəkər tozu əlavə edib çalın.

Kakaonu unla qarışdırın, yağlı-şəkərli qarışığı əlavə edib əlinizlə ovun.

Formanın içinə perqament döşəyin, ovuntuğun yarısını tökün, hamarlayın.

İç: kəsmiyi şəkər tozunun qalanı və vanillə qarışdırın, yumurta və xama əlavə edib blenderdə eynicinsli kütlə alınanadək çalın, sonra nişastanı əlavə edin, qarışdırın.

Kəsmikli içi ovuntuğun üzərinə tökün, hamarlayın.

Ovuntuğun qalanını üzərinə səpin.

190 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.

Nuş olsun!

Resept: vk.com/vk_cook

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.