Kulinariya

Mətbəx sirləri: "Göy qurşağı" tortu - FOTO

15 Oktyabr 2014 07:00
3 Şərh     Baxış: 9 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az təbii rəngləndiricilərin köməyi ilə "Göy qurşağı" tortunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

rəngləndiricilər:

1-2 x.q. çuğundur şirəsi
1 x.q. yerkökü şirəsi
1 yumurtanın sarısı + 1 x.q. süd
1 x.q. ispanaq şirəsi
1 x.q. qaragilə  şirəsi
1 x.q. böyürtkən şirəsi

xəmir:

3,5 st. un
2 ç.q. qabartma tozu
0,5 ç.q. soda
1,75 st. şəkər tozu
75 q kərə yağı
1,5 x.q. bitki yağı
2 yumurtanın ağı
1,5 st. süd
0,5 st. yağsız sadə yoqurt
2,5 ç.q. vanil

qaymaqlı krem:

3,75 st. şəkər pudrası
110 q kərə yağı
1 ç.q. vanil
3 x.q. süd

qaymaqlı qlazur:

2 st. yağlı qaymaq
1/4 st. şəkər pudrası
1/8 ç.q. duz
1 ç.q. vanil
 
Təbii rəngləndirici almaq üçün ispanaq, yerkökü və çuğundurun şirəsini sıxın (qaynanmış çuğundurun suyu da olar). Əgər qaragilə və böyürtkən dondurulmuş haldadırsa, mikrodalğalı sobaya qoyun, şirəsi çıxacaq.

Otaq temperaturunda olan kərə yağını şəkər tozu və bitki yağı ilə çalın. Yumurta ağlarını əlavə edin, sonra yenidən möhkəm çalın. Vanil, süd, yoqurt, un, qabartma tozu və soda əlavə edib çalın.

Xəmiri 6 formaya paylaşdırın, hər birinə rəngləndirici qatın: 2 x.q. çuğundur şirəsi; 1,5 x.q. yerkökü şirəsi, 1 yumurta sarısı+1 x.q. süd, 1 x.q. ispanaq şirəsi, 1 x.q. qaragilə şirəsi və  1 x.q. böyürtkən şirəsi.

Hər rəngdən olan korju 175 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Bişib-bişmədiyini diş çöpü ilə yoxlayın. Formada 5 dəqiqə soyudub sonra çıxarın.

Krem üçün olan ərzaqları bir neçə dəqiqə, eynicinsli kütlə alınanadək çalın.

Qlazur üçün qaymağı şəkər tozu və duzla mikserin orta sürətində qabarınca çalın. Vanil əlavə edin.

Aralarına krem çəkməklə korjları üst-üstə düzün. Qlazuru tortun üzərinə və yanlarına çəkin. Zövqə görə bəzəyin.

Nuş olsun!

Resept: vk.com/vk_cook

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.