Kulinariya

Mətbəx sirləri: Beşamel sousu ilə kartof

2 Oktyabr 2014 07:00
1 Şərh     Baxış: 4 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az eda.ru-ya istinadən beşamel sousu ilə kartofun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

80 q qrüyer pendiri
1 l süd
1,5 x.q. un
1,5 x.q. zeytun yağı
40 q kərə yağı
1 diş sarımsaq
1,2 kq kartof
duz

Yuyulmuş, amma qabığı təmizlənməmiş kartofu iri qazana qoyun, üzərinə soyuq su və 1 ç.q. soda tökün, ocağa qoyun. Qaynara düşəndə ocağı azaldın, sonra 20-30 dəqiqə bişirin. Kartof yumşaq olmalı, amma dağılmamalıdır.

Suyunu süzün. Təmizləyin, fal-fal, nazik  doğrayın.

Odadavamlı tavaya sarımsaq çəkin. Kartofun yarısını içinə döşəyin. Sobanı 200 dərəcə qızdırın.

Beşamel sousu: kərə yağını zeytun yağı ilə birlikdə əridin, un əlavə edib qarışdırın, daha 2 dəqiqə bişirdikdən sonra tədricən süd tökün, duz vurun. Qarışdıraraq daha 4 dəqiqə, sous qatılaşanadək bişirin.

Sousun yarısını tavadakı kartofun üzərinə gəzdirin. Sürtgəcdən keçirilmiş qrüyer pendirinin yarısını səpin. Kartofun qalanını döşəyin, sousun qalanını da üzərinə gəzdirin, yenə qrüyer pendiri səpin. Sobada 15 dəqiqə bişirin.

Süfrəyə elə kartofu bişirdiyiniz qabda verin.
 
Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.