Kulinariya

Mətbəx sirləri: Turron

1 Oktyabr 2014 07:00
4 Şərh     Baxış: 3 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az turron şirniyyatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

450-500 q badam
100-150 q fındıq
300-350 q bal
3-4 yumurta
200-250 q şəkər tozu

Tərkibi:

Badamın 2/3-sini qovurun, tez-tez qarışdırın ki, yanmasın, sonra iri doğrayın.

Yumurtaların ağını möhkəm çalın.

Balı qazançada vam odda qızdırın. Bu, onun tərkibindəki suyun buxarlanması üçündür. Qaynara düşəndə şəkər tozu əlavə edib yenə bişirin.

Badamı yumurta ağı ilə qarışdırın, sonra isə ocağın üstündə olan bala əlavə edin (qarışdırmağı dayandırmayın). Ocağı artırmadan bütöv qalan badamları, iki, yaxud dörd yerə bölünmüş fındıqları əlavə edib qarışdırın.

Bu qarışığı odadavamlı formaya tökün, üzərindən basın ki, formaya tam otursun. Soyudandan sonra soyuducuda saxlayın. Bir həftə sonra turron hazırdır.

Resept: vk.com/vkusnenki

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.