Kulinariya

Mətbəx sirləri: Ananaslı toyuq kotletləri

30 Sentyabr 2014 07:00
2 Şərh     Baxış: 2 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az alex-povar.blogspot.ru-ya istinadən ananas və pendirlə döymə toyuq kotletinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 kq toyuq filesi
1 banka ananas konservi (halqa)
200 q bərk pendir
2 yumurta
qara istiot
duz

Fileni yuyun, nazik yastı tikələrə doğrayın, bir qədər döyün, duz, istiot vurun.

Yumurtaları çalın.

Döyülmüş tikələri yumurtaya batırın, bitki yağında hər iki üzünü qızardın. İkinci üzünü qızardanda tavanın qapağını örtün. 

Kotletləri siniyə düzün, hər birinin üzərinə bir ananas halqası (yaxud ölçüsü kiçikdirsə, yarısını) qoyun. Üzərinə sürtgəcin iri gözündən keçirilmiş pendir səpin.

220 dərəcə qızdırılmış sobada pendir əriyənədək bişirin.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.