Kulinariya

Mətbəx sirləri: Balkanların "Napoleon"u

29 Sentyabr 2014 07:00
2 Şərh     Baxış: 3 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Balkan üsulu "Napoleon" tortunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

250 q qat-qat xəmir
4 yumurta
100 q nişasta
30 q un
300 q şəkər tozu
2 paket vanilli şəkər
750 ml süd
250 ml yağlı qaymaq

Qat-qat xəmiri yayın, formanın ölçüsündə iki yerə bölün.

Xəmiri çəngəllə deşin. Hər layı 180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə, qızılı rəng alınca bişirin.

Bir layı əsas üçün saxlayın. Digərini isə porsion dördbucaqlılara bölün.

Yumurta ağlarını 100 q şəkər tozu ilə möhkəm çalın.

Yumurta sarılarını ayrı qabda 100 q şəkər tozu ilə çalın, vanilli şəkər tozu, nişasta, un və su əlavə edib qarışdırın.

Südü qaynadın. Yumurta sarılarından hazırladığınız kremi əlavə edib qarışdıra-qarışdıra ocağın üstə qatılaşanadək bişirin. Ocaqdan götürəndən sonra çalınmış yumurta ağlarını əlavə edin. Bu kremi əsas layın üzərinə bərabər qaydada yayın. 

Qaymağı 100 q şəkər tozu ilə çalın. Donmuş kremin üzərinə çəkin. Üzərinə isə dördbucaqlı şəkildə kəsdiyiniz korj parçalarını yerləşdirin. Soyudun. Süfrəyə verəndən əvvəl üzərinə şəkər pudrası səpin.

Resept: vk.com/vkusnenki

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.