Kulinariya

Mətbəx sirləri: "Meşəbəyi daxması" salatı

27 Sentyabr 2014 07:00
0 Şərh     Baxış: 2 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az alex-povar.blogspot.ru-ya istinadən "Meşəbəyi daxması" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:


400 q ağ lobya konservi
1 baş soğan
2 yerkökü
200 q hisə verilmiş kolbasa
2 diş sarımsaq
1 paket suxarı
təzə göyərti
250 q mayonez
duz
istiot

Lobya konservinin suyunu süzün, lobyanı yuyun.

Soğanı təmizləyib kubik doğrayın.

Yerkökünü sürtgəcin iri gözündən keçirin.

Soğanı yerkökü ilə qovurun, artıq yağını süzün.

Kolbasanı nazik şəridlərə doğrayın.

Qovrulmuş tərəvəzi lobya ilə qarışdırın, əzilmiş sarımsaq və mayonez əlavə edin, duz, istiot vurub qarışdırın.

Salatı təpələmə qaba yığın, üzərinə kolbasanı çırpı kimi qalaqlayın, ətrafına isə suxarıları düzün.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.