Kulinariya

Mətbəx sirləri: Çay piroqu

25 Sentyabr 2014 07:00
2 Şərh     Baxış: 5 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az qara gavalı və xama ilə dadlı piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi:


xəmir:

200 q un
100 q yağ
6 x.q. su

iç:

350 q xama
250 qara gavalı
100 q qoz
200 ml. tünd çay
70 q şəkər tozu
1 paket vanilli şəkər (8 q)
40 q un

(23 sm diametri olan forma üçün)

Qara gavalını 4 saat çayda isladın.

Sonra çayı süzün, qara gavalının içinə qoz doldurun.

Xəmir: yağı unda döyüb ovuntuq halına gətirin (bunu sürətlə etmək lazımdır ki, yağ əriməsin). Su əlavə edib xəmiri əlüstü yoğurun, yayın, içinə perqament qoyulmuş formaya döşəyin, kənarlarını 3 sm qaldırın (kələ-kötür olmasın, artığını bıçaqla kəsin).

Üzərinə qida plyonkası çəkin, 30 dəqiqə soyuducuda saxlayın.

Sobanı 180 dərəcə qızdırın. Formanı soyuducudan çıxarın. Çəngəllə xəmiri deşikləyin ki, şişməsin. Üzərinə yenə perqament çəkin, üstünə noxud və ya lobya tökün, xəmirin üstünə qoyun (xəmir nahamar şişməsin deyə). 15-20 dəqiqə bişirin.

Lobyanı (noxudu) və perqamenti götürün, piroqun üstünə gavalını düzün.

Xama, şəkər tozu, vanilli şəkər və unu qarışdırın, eynicinsli kütlə alınanadək çalın. Bunu gavalının üzərinə bərabər qaydada gəzdirin.

180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə, iç qatılaşanadək bişirin.

Tam soyudun.

Nuş olsun!

Resept: vk.com/vkusnenki

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.