Kulinariya

Mətbəx sirləri: "Uğurlu" salat

24 Sentyabr 2014 07:00
3 Şərh     Baxış: 4 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az alex-povar.blogspot.ru-ya istinadən "Uğurlu" salatın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

350 q hisə verilmiş kolbasa
6 ədəd ortaboy pomidor
1 x.q. xaş-xaş
250 q holland pendiri
3 diş sarımsaq
400 ml ədviyyatlı mayonez və ya xama
200 q suxarı
duz

Pomidorları yuyun. Kolbasa, pomidor və pendiri kubik doğrayın.

Bir qabda suxarı, kolbasa, pendir, pomidor, əzilmiş sarımsaq, xaş-xaş və mayonezi qarışdırın. Duz vurun.

Suxarılar pomidorun suyunu çəkir. Əgər xırt-xırt xoşlayırsınızsa, salatı hazırlayan kimi süfrəyə verin. Yumşaq olmasını xoşlayanlar isə 2 saat gözləsinlər.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.