Kulinariya

Mətbəx sirləri: Kəsmikli qat-qat qurabiyə

19 Sentyabr 2014 07:00
7 Şərh     Baxış: 5 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az kəsmikli, kişmişli qurabiyənin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

400 q mayasız qat-qat xəmir
400 q kəsmik
3-4 x.q. şəkər tozu
1/3 ç.q. vanil
1 yumurta
1-2 x.q. xama
kişmiş

üzərinə:

yumurta
şəkər pudrası və küncüt

Kəsmik, yumurta, xama, vanil, isti suya salınıb qurudulmuş kişmişi qarışdırın.

Xəmirin donunu açın, 2 yerə bölün.

15x35 sm ölçüdə dördbucaqlı yayın. İçin yarısını üzərinə çəkin (kənarlarında yer saxlayın).

Rulet kimi bükün, kənarlarını bitişdirin, sonra "tikişi" üzüaşağı olmaqla çevirin. 3-4 sm enində dilimləyin.

İkinci kündəni də eyni qaydada hazırlayın.

Qurabiyələri içinə perqament döşənmiş siniyə düzün, üzərinə yumurta çəkin, küncüt səpin (xaş-xaş, darçın, şəkər tozu da səpə bilərsiniz). 200 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin. Soyudun, üzərinə şəkər pudrası səpin.

Nuş olsun!

Resept: vk.com/cookinder


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.