Kulinariya

Mətbəx sirləri: "Sürrealist" tortu

18 Sentyabr 2014 07:00
0 Şərh     Baxış: 2 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az şokoladlı-bananlı "Sürrealist" tortunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

şokoladlı lay:

250 q tünd şokolad
170 q kərə yağı
3 x.q. kakao
5 x.q. un
3 yumurta
4 x.q. şəkər tozu

bananlı-kəsmikli lay:

200 q kəsmik
2 yumurta
2 orta boy şirin banan
2 x.q. şəkər tozu

Su hamamında şokoladı və kərə yağını eynicinsli kütlə halına gələnədək əridin.

Yumurta və şəkər tozunu mikserlə 5 dəqiqə (artıq yox!) çalın.

Unu kakao tozu ilə qarışdırın.

Şokoladı çalınmış yumurtaya əlavə edib intensiv qarışdırın ki, şokolad dibə çökməsin. Unla yumurta qarışığını buraya əlavə edib lopa qalmasın deyə səliqə ilə qarışdırın. Şokoladlı lay hazırdır.

Kəsmikli layı hazırlamaq üçün kəsmik, yumurta, şəkər tozu və bananları blenderə qoyun.

Eynicinsli kütlə alınanadək xırdalayın.

Formanı kərə yağı ilə yağlayın. Əvvəlcə nazik qat şokoladlı xəmirdən bir qədər tökün.

Üzərinə kəsmikli laydan bir az tökün. Kibrit çöpü ilə ehmalca dalğavari hərəkət edərək layları azacıq qarışdırın.

Sonra bir neçə lay beləcə üst-üstə tökün.

175 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.