Kulinariya

Mətbəx sirləri: "Şerlok" salatı

17 Sentyabr 2014 07:00
8 Şərh     Baxış: 6 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az "Şerlok" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

250 q bişmiş toyuq filesi
250 q marinə edilmiş şampinyon
4 bişmiş yumurta
1 baş soğan
80 q qoz
200 q mayonez
duz
istiot
bitki yağı

Soğanı təmizləyib xırda doğrayın, tavada qızılı rəng alanadək qovurun (ona toyuq üçün ədviyyat da əlavə edə bilərsiniz, çox dadlı olur).

Bişmiş toyuq və yumurtanı xırda kubik, şampinyonu isə nazik lay-lay doğrayın.

Qozu yağsız tavada azca qovurun, xırdalayın.

Bütün ərzaqları qarışdırın, duz, istiot, mayonez vurun, üzərini qozla bəzəyin.

Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.