Kulinariya

Mətbəx sirləri: Tsitsibeli - FOTO

31 Avqust 2014 07:00
1 Şərh     Baxış: 3 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az mmenu.com-a istinadən gürcü mətbəxindən tsitsibelinin (soğanla pomidor konservinin) hazırlanma qaydasını təqdim edir

Tərkibi:

2 kq pomidor
500 q baş soğan
250 ml bitki yağı
1 st. sarımsaq
2 x.q. şəkər tozu
2 x.q. duz
üyüdülmüş qırmızı istiot (zövqə görə)

Pomidorları yuyub təmizləyin, ət maşınından keçirin.



Soğanı doğrayıb bitki yağında qovurun.



Pomidorları əlavə edin, orta itilikli odda təxminən 1 saat bişirin.



Sarımsağı doğrayın.

Sarımsaq, şəkər tozu, duz, qırmızı istiotu pomidorlara əlavə edin, qarışdırın, daha 30 dəqiqə bişirin.

Sterilizə edilmiş bankalara yığıb bağlayın.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.