Kulinariya

Mətbəx sirləri: Maysan

30 Avqust 2014 07:00
0 Şərh     Baxış: 3 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az mmenu.com-a istinadən maysan çərəzinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:


3 kq qabaq
2 kq maş lobyası
500 q şirin bibər
1 l su
500 ml 9%-li sirkə
150 q sarımsaq
150 q duz
250 q şəkər tozu
350 q bitki yağı
3-4 dəstə cəfəri
1-3 ədəd acı istiot

Maş lobyasının başlarını təmizləyin, kənarlarındakı sapları çıxarın, 2-3 sm uzunluqda doğrayın.
 
Bibərləri təmizləyin, uzunasına ortadan bölün, bunları da ortadan bölüb nazik doğrayın (sanki bir halqanı dörd yerə bölürsünüz).

Qabaqları ortadan bölüb nazik dilimləyin (yarımdairə).

Acı istiotu, sarımsağı, göyərtini xırda doğrayın.
 
Su, sirkə, duz, şəkər tozu və yağdan marinad hazırlayın. Qaynara düşəndə tərəvəzləri əlavə edin. 30-35 dəqiqə bişirin. Arada ehtiyatla qarışdırın. Qaynar-qaynar sterilizə edilmiş bankalara yığın, qapaqlarını bağlayın.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.