Kulinariya

Mətbəx sirləri: Yağda şirin bibər

29 Avqust 2014 07:00
1 Şərh     Baxış: 2 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az mmenu.com-a istinadən yağda şirin bolqar bibərlərinin konservinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:


2,5 kq şirin bibər
0,5 l su
200 q 5%-li sirkə
250 q bitki yağı
100 q şəkər tozu
1 ədəd cəfəri kökü
1 baş sarımsaq
duz (zövqə görə)

Bibərləri yuyun, toxumlarını təmizləyin.

Cəfəri kökünü təmizləyib fal-fal doğrayın.

Sarımsağı dişlərinə ayırıb təmizləyin.

Marinad üçün suda duz, şəkər tozu, sirkə və bitki yağını qarışdırın, ocağın üstə qoyun, qaynara düşəndə götürün.

İstiot, sarımsaq və cəfəri kökünü sterilizə edilmiş bankalara yığın, üzərinə qaynar marinad tökün. Qaynadılmış qapaqlarını qoyub bankaları bir daha sterilizə edin (1 litrlik bankaları 15 dəqiqə qaynatmaq yetərlidir).

Nüş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.