Kulinariya

Mətbəx sirləri: Pesto sousu ilə toyuq kotleti - FOTO

31 İyul 2014 07:00
3 Şərh     Baxış: 3 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az vkusnyblog.ru-ya istinadən pesto sousu ilə toyuq kotletinin hazırlanma qaydasını təqdim edir

Pesto sousunun hazırlanma qaydasından bəhs etmişdik. Bu dəfə asan, amma çox dadlı kotletlərin hazırlanmasında pesto sousundan istifadə edəcəyik.  Yəni süfrəmizə italyan dadı təşrif buyuracaq. Pestolu kotletləri kartofla, düyü ilə süfrəyə verə bilərsiniz.
   
Tərkibi (4-6 pay):

pesto üçün:


1 dəstə yaşıl reyhan
2 x.q. xırdalanmış qoz
30 q parmezan və ya digər oxşar  pendir
2 diş sarımsaq
2-3 x.q. birinci əl soyuq emal zeytun yağı
duz

kotlet:
600 q toyuq filesi
2 dilim ağ tost çörəyi (qabığını soyun)
1 yumurta
1 diş sarımsaq
duz
narın suxarı



Pesto üçün olan bütün ərzağı blenderdən keçirin. O, çox duru olmamalıdır, ona görə də yağı tədricən əlavə edin.



Toyuq filesini ət maşınından keçirin. Yumurta, üzərinə sarımsaq çəkilib suda (və ya süddə) isladılmış ağ çörək əlavə edib qarışdırın. Duz vurub yaxşıca yoğurun.



Qiymədən götürüb kotletlər tutun, içlərinə 1 ç.q. pesto sousu qoyun, qırağını birləşdirib kotlet forması verin. Narın suxarıya batırıb tavada orta itilikli ocaqda bişirin.



Hər üzünü təxminən 6-8 dəqiqə qızardın.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.