Kulinariya

Mətbəx sirləri: Moruqlu-manqolu smuzi - FOTO

1 Avqust 2014 07:00
5 Şərh     Baxış: 2 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az vkusnyblog.ru-ya istinadən moruqlu-manqolu smuzinin hazırlanma qaydasını təqdim edir

Tərkibi
(2 pay):

200 q moruq
100 ml süd
1 orta boy yetişmiş manqo
1 ortaboy portağal
şəkər pudrası (zövqə görə)



Manqonun dənəsini çıxarın, qabığını təmizləyin,  lətini xırdalayın.

Blenderə moruğu tökün, süd əlavə edin,  çalın. Turşdursa, bir qədər şəkər pudrası əlavə edin.



Bunu iki stəkana süzün (birinci lay).

Portağalın şirəsini sıxın.



Blenderi yuyun, manqonu içinə qoyub üzərinə portağal şirəsi əlavə edin, eynicinsli kütlə alınanadək çalın.



Xörək qaşığının köməyi ilə bu qarışığı stəkandakı moruqlu südün üzərinə paylayın.



Moruq gilələri və nanə yarpağı ilə bəzəyin.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.