Kulinariya

Mətbəx sirləri: Ətli xiyar salatı - FOTO

18 İyul 2014 07:00
14 Şərh     Baxış: 7 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az vpuzo.ru-ya istinadən istiotlu-ətli xiyar salatının hazırlanma qaydasnıı təqdim edir

Piknikə gedənlər üçün əla salat.

Tərkibi:

3 kq xiyar
600 q mal əti
1 ortaboy baş soğan
3-4 x.q. duz
2 baş sarımsaq
qara istiot
çili istiotu
bıçağın ucunda natrium-qlütamat (onsuz da olar)

Əti kubik doğrayın. Soğanla birlikdə qovurun, azca duz, istiot vurun, sonra isə az-az su əlavə edərək vam odda 2-3 saat bişirin.



Ət hazır olana bir saat qalmış xiyarları yarımhalqa doğrayın, 2 x.q. duz əlavə edin, sonra az olarsa, yenə əlavə edin. Ara-sıra qarışdırın ki, duzu çəksin. Son dadı duzlu xiyar kimi olacaq. 



Xiyarın ayrılan şirəsini süzün.

Sarımsağı əzin. Sarımsağı, qara istiotu (10 q), qırmızı istiotu xiyara əlavə edin. (Reseptin orijinalında natrium-qlütamat da var, ancaq onu əlavə etməsəniz də olar).



Əti içində bişdiyi şirəsi ilə birlikdə xiyara əlavə edib qarışdırın. Soyuducuda bir gecə saxlayın. Bu salatı şüşə bankalarda 3-4 gün də saxlamaq olar.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.