Kulinariya

Mətbəx sirləri: Yerusəlim kadofası - FOTO

21 İyul 2014 07:00
14 Şərh     Baxış: 2 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az vpuzo.ru-ya istinadən kəsmikli Yerusəlim kadofasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:


125 q kus-kus
250 q yağsız kəsmik
5 x.q. bal
50 q kərə yağı
1 yumurta
50 q fıstıq
1 ç.q. limon şirəsi
1/4 ç.q. darçın
duz
250 ml qaynar su

Kus-kusun üzərinə qaynar su töküb 30 dəqiqə saxlayın.



Kəsmiyi ələkdən keçirib 2 x.q. balla qarışdırın.



Yumurtanı duz və kərə yağıyla çalın, kus-kusla qarışdırın.
 


Xırda formaları yağlayın. Yarısınadək kus-kusu doldurun, üzərinə kəsmikli qarışıqdan qoyub yenidən kus-kusla örtün. Hamarlayın, 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
 


Fıstıqları xırda doğrayın.



Balın qalanına darçın və azca su əlavə edin, qaynara düşəndən sonra 5 dəqiqə qaynadın. Ocaqdan götürüb limon şirəsi əlavə edib qarışdırın.

Kadofanın üzərinə fıstıq səpin, ballı şərbət gəzdirin.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.