Kulinariya

Mətbəx sirləri: Arıqladan yaşıl smuzi

26 İyul 2014 07:00
8 Şərh     Baxış: 3 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az domashniy.ru-ya istinadən dadlı və arıqlamağa yardım edən smuzinin hazırlanma qaydasını təqdim edir

Kələmin çox güclü qoxusu var. Çoxları bu səbəbdən onu sevmir. Xüsusən qaynadanda iyi bəziləri üçün dözülməz olur. Ancaq onu çiy halda, tropik meyvələr əlavə etməklə blenderdən keçirəndə həm dadı gözəl olur, həm də bu faydalı tərəvəzi rasionunuza əlavə etmiş olursunuz.

Tərkibi:

3 ədəd çiyələk
1 manqo
1 kivi
3 iri reyhan yarpağı
2 iri kələm yarpağı
su (zövqə görə)

Blenderə bir qədər su, kələm yarpaqları və reyhanı qoyub eynicinsli kütlə alınanadək xırdalayın.

Meyvələri əlavə edib yenə xırdalayın.

Çox qatı olarsa, bir qədər də su əlavə edin.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.