Kulinariya

Mətbəx sirləri: Qazandibi

25 İyul 2014 07:00
12 Şərh     Baxış: 6 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az "Sofra" dərgisinə istinadən qazandibinin hazırlanma qaydasını təqdim edir

Tərkibi (6 pay):

1 toyuğun döş əti
1 x.q. limon şirəsi
7 su st. süd
0,5 ç.q. duz
1,5 su st. şəkər tozu
2 x.q. un
2 x.q. nişasta
1 x.q. düyü unu
1 çömçə su

Toyuğun döş ətini iki yerə bölün, limon suyu əlavə edilmiş suda bişirin.

Bişdikdən sonra soyudun, liflərinə ayırıb didin. Bir müddət soyuq suda saxlayın.

Sonra əlinizlə ovxalayaraq qoxusu çıxanadək yuyun. Suyunu sıxın.

Südü qazana tökün. Duz və şəkər tozunu əlavə edib qarışdırın, bişməyə qoyun. 
Un, nişasta və düyü ununu bir kasada qarışdırın, qaynayan süddən bir çömçə götürüb bu qarışığa əlavə edin. 1 çömçə də su əlavə edin. Sonra bu qarışığı ehtiyatla qaynayan südə əlavə edin (qarışdıra-qarışdıra). Vam odda daha 5 dəqiqə bişirin. Toyuq ətini əlavə edib çəngəllə qarışdıra-qarışdıra daha 10 dəqiqə bişirin.

Qatılaşanda ocaqdan götürün. İsti-isti siniyə tökün, ocağın üstünə qoyun. Çox iti odda, sinini tez-tez çevirərək bişirin. Dibi qızarınca sinini ocaqdan götürüb 3-4 saat soyudun. Kvadratlara bölün, qızarmış tərəfi üstdə olmaqla boşqablara çəkib süfrəyə verin.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.