Kulinariya

Mətbəx sirləri: Təzə gicitkən şorbası

22 May 2014 07:00
31 Şərh     Baxış: 8 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az gastronom.ru-ya istinadən təzə gicitkəndən az kalorili şorba hazırlamağın qaydasını təqdim edir.

Tərkibi (2 pay):

0,5 dəstə cəfəri
1 x.q. limon şirəsi
duz
2 x.q. soyudulmuş xama
2 kartof
0,5 dəstə şüyüd
1 baş soğan
böyük dəstə gicitkən (100 q)
1 yerkökü
bitki yağı

Kartofu təmizləyin. Qazanda yarım litr suyu qaynadın. Duz səpin, kartofu içində tam bişirin. Suyunu atmayın. Qaynar kartofu püre halına salın, xamayla qarışdırın, sonra yenidən qazandakı suya əlavə edin, qarışdırın. Orta itilikli odda bişirin.

Soğan və yerkökünü təmizləyin. Saman kimi doğrayıb bitki yağında 4 dəqiqə qovurun. Şorbaya əlavə edin.

Göyərtiləri yuyun, qurudun. Xırda doğrayın. Gicitkənin üstündən qaynar su axıdın, sonra digər göyərtilərlə birlikdə şorbaya əlavə edin. Limon şirəsi, duz, istiot əlavə edin. 2 dəqiqə sonra ocaqdan götürüb boşqblara çəkin.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.