Kulinariya

Mətbəx sirləri: Hollandez

25 Aprel 2014 07:00
54 Şərh     Baxış: 4 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az eda.ru-ya istinadən Holland sousunun hazırlanma qaydasını  təqdim edir.

Tərkibi (5 pay):

150 q kərə yağı
3 yumurta
1 x.q. su
1 x.q. limon şirəsi
1 çimdik duz

Yağı üç yerə bölün - 2 hissə 10-15 qramlıq və 1 böyük hissə.

Böyük hissə yağı vam odda əridib bir qırağa qoyun.

Yumurtaların ağını sarısından ayırın. Yumurta sarılarını təxminən 1 dəqiqə çalın (qatılaşmalıdır).

Limon şirəsi, su və duz əlavə edib daha yarım dəqiqə çalın.

Kiçik yağ parçalarından birini əlavə edib vam ocağın üstünə qoyduğunuz təxminən 60 dərəcəli istilikdə olan su hamamına yerləşdirin.

2 dəqiqə, yumurta sarıları qatılaşıb sous krem halına düşənədək çalın. Vacib məqam: ocaq çox zəif olmalıdır. Əlinizin də altında içində soyuq su olan ləyən saxlayın. Əgər sous çox qızarsa, yaxud qazançanı iti ocağın üstünə qoysanız, yumurta bərkiyib lopa əmələ gətirə bilər. Sous vaxtından əvvəl qatılaşarsa, yaxud görsəniz ki, lopa əmələ gəlir, dərhal qazançanı soyuq su olan ləyənə qoyun (çalmağı dayandırmayın).

Qazançanı ocaqdan götürün, yağın yerdə qalanını əlavə edib çalın.

Sonra ərinmiş kərə yağını sousu çalmağa davam edərək damla-damla, sonra isə bir qədər iri partiyalarla əlavə edin. yağın dibindəki ayranı sousa əlavə etmək lazım deyil.

Krem qatı qaymaq kimi olmalıdır. Duz, istiot, lazım gələrsə, bir qədər də limon şirəsi əlavə edin.

Sousu süfrəyə isti verin (balıq xörəkləri, tərəvəzlərlə əladır). Soyumaması üçün isti plitənin yanında saxlaya bilərsiniz (təxminən 1 saat). Sous çox qatı alınıbsa, ona 1-2 qaşıq qaynar su, bulyon, süd və ya qaymaq əlavə edə bilərsiniz.
 
* Əgər sous qatılaşmayıbsa, deməli, sousu çox sürətlə çalmısınız. Bu xətanı aradan qaldırmaq üçün mikserin ləyənini qaynar su ilə yaxalayın. 1 ç.q. limon şirəsi və 1 x.q. sous töküb çalın (mikserlə yox), sous qatılaşıb krem halına gələndə isə sousun qalanını çay qaşığı ilə əlavə edə-edə hər dəfə sous qatılaşınca çalın.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.