Kulinariya

Mətbəx sirləri: Fıstıqlı toyuq ruleti

23 Aprel 2014 07:00
64 Şərh     Baxış: 6 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az fıstıqlı-göbələkli toyuq ruletinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

Toyuq
Qovrulmuş göbələk
Fıstıq
Ədviyyat

Toyuğun dərisini çıxarın. Ətini xırda doğrayın. Göbələyi yağda qovurun. Toyuq əti, təmizlənmiş fıstıq, ədviyyatla qarışdırın.

Bu içi səliqə ilə soyduğunuz dərinin içinə yerləşdirin. Rulet kimi bükün. Bunu folqanın içinə qoyub bükün, uclarını düyün.

200-210 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.

Sobadan çıxarandan sonra soyudun. Sonra soyuducuda 5-6 saat (ən yaxşısı bir sutka) saxlayın.

Donmuş ruletin üzərindəki folqanı soyun. Dilimləyib süfrəyə verin.
 
Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.