Kulinariya

Mətbəx sirləri: Almalı-yulaflı pudinq

21 Aprel 2014 07:00
31 Şərh     Baxış: 4 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az almalı-yulaflı pudinqin hazırlanma qaydasını təqdim edir
 
Tərkibi:

110 q yumşaldılmış kərə yağı
3 yumurta
1 ç.q. şəkər tozu
1 ç.q. limon sedrası
100 ml süd
125 q yulaf lopası
20 q nişasta
1 ç.q. qabartma tozu
3 göy alma
1 çimdik duz
1 çimdik darçın

Yumurta ağlarını sarılarından ayırın.

Formanı bir qədər kərə yağı ilə yağlayın. Yağın qalanını yumurta sarıları, şəkər tozu, limon sedrası ilə ağarıncayadək çalın. Süd, yulaf lopaları, nişasta, qabartma tozu əlavə edib qarışdırın. 

Almaların qabığını soyun. Cecəsini xüsusi bıçaqla çıxarın. Almalardan birini halqa, digərlərini xırda dilimlərə doğrayın.

Yumurta ağlarını 1 çimdik duzla möhkəm çalın. Sonra birinci kütlə ilə birləşdirib eynicinsli kütlə alınanadək qarışdırın. Xırda doğradığınız almaları əlavə edin.

Alınan kütləni formaya tökün, alma dilimlərini üzərinə düzün, sonra üstlərindən azca basın ki, ortalarından xəmir kürəsi çıxsın. 190 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin.

Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.