Kulinariya

Mətbəx sirləri: Kəsmikli blinçik piroqu

18 Aprel 2014 07:00
49 Şərh     Baxış: 10 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az kəsmikli blinçik piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

10-12 ədəd hazır nazik blinçik
500 q kəsmik
1-2 x.q. şəkər tozu
1 yumurta
1 paket vanilli şəkər
ərik qurusı və ya kişmiş

üzərinə:
2 yumurta
2-3 x.q. şəkər tozu
3 x.q. xama

Sevdiyiniz reseptlə blinçik hazırlayın. Elə bir resept əlinizin altında yoxdursa, şirinduzlu blinçiklərin hazırlanma qaydasından istifadə edə bilərsiniz.

İç hazırlayın. Bunun üçün kəsmiyi yumurta, şəkər tozu, vanilli şəkərlə çalın, doğranmış ərik qurusu əlavə edib qarışdırın.

İçi blinçiklərin içinə qoyub rulet kimi bükün.

Formanı yağlayın. Blinçik ruletlərini formaya spiral kimi düzün. 

Yumurtanı şəkər tozuyla çalıb xama əlavə edin, eynicinsli kütlə alınınca qarışdırın.

Piroqun üzərinə bərabər şəkildə yayın. 190 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!

Resept: vk.com/cookinder


Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.